“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


13.03.2020  09:25 

Rusiya “Eurovision” mahnısını və klipini təqdim etdi - VİDEO





A+  A-

Rusiyanı “Eurovision-2020”də təmsil edəcək “Little Big” qrupu müsabiqədə ifa edəcəyi mahnını və ona çəkilən klipi təqdim edib.
XəzərNews.az-ın məlumatına görə, mahnı “Uno” adlanır.

İngilis dilində ifa olunan mahnının nəqarəti ispan dilindədir. Rəsmi ekran işində yeddi nəfər yer alıb, onlardan dördü qrupun daimi üzvləridir. Onlar 1970-ci illərin tərzində geyiniblər.

2013-cü ildə Sankt-Peterburqda əsası qoyulan “Little Big” qrupu pank, pop və reyv üslubunda fəaliyyət göstərir. Kollektivin iştirakçıları: vokalçılar İlya Prusikin, Sofya Tayurskaya və Anton Lissov, eləcə də dicey Sergey Makarovdur. “Little Big” Yutubda bir həftəyə 23 milyon izlənmə sayı toplayan “Skibidi” hitindən sonra daha çox tanınmağa başayıb. İndiyədək mahnı 350 milyondan çox izlənilib. Qrup tez-tez Avropa ölkələrinə qastrol səfərləri edir.

Qeyd edək ki, sayca 65-ci “Eurovision” müsabiqəsi 12, 14 və 16 may tarixlərində Niderlandda keçiriləcək. Azərbaycanı yarışmada “Cleopatra” mahnısı ilə Samirə Əfəndi təmsil edəcək.



Xəbər 2174 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +