“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


27.03.2018  16:23 

Bakıda 1 gündə 18 mindən çox sərnişin daşındı





A+  A-

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bir günə 18 mindən çox sərnişin daşınıb
Avtovağzal Kompleksindən XəzərNews.az-a verilən məlumata görə, sərnişin daşımalarının müasir standartlara uyğun həyata keçirilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində quruculuq və təmir-bərpa işlərinin aparılmasına baxmayaraq, kompleks hər il olduğu kimi, bu Novruz bayramı ərəfəsində də xüsusi iş rejimində fəaliyyət göstərib.

Bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində çalışıb.

Belə ki, adi vaxtda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salındığı halda, bayram günlərində 5200-dən çox reyslə 140 mindən çox sərnişin daşınıb. Müqayisə üçün qeyd edək ki, ötən il Novruz bayramı günlərində 4866 reyslə 123 mindən artıq sərnişin daşınmışdı.

Bayram günlərində ən çox sərnişin sıxlığı martın 19-da müşahidə olunub. Həmin gün 700-dən artıq reyslə 18 800-dən çox sərnişin yola salınıb.

Qeyd edək ki, ötən illərlə müqayisədə onlayn bilet satışında da aktivlik müşahidə olunub.

Xəbər 1412 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +