Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək
Axşam Bakıda leysan olacaq
“Səba” külli miqdarda borca düşdü
Baş həkim olmaq istəyirdi, 250 min manatı getdi


11.05.2023  19:50 

Nəsimidə bina tikilir, çoxillik ağaclar belə kəsilir - Foto





A+  A-

Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında yeni tikinti işləri ilə əlaqədar ərazidəki ağacların məhv edilməsi ilə bağlı məlumat yayılıb.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, "Ecofront” səhifəsində yayılan məlumatda ərazidə çoxmərtəbəli bina tikintisi ilə əlaqədar çoxillik ağacların bilərəkdən məhv edildiyi deyilir:

"O ağaclar tez bir zamanda müalicə edilməlidir. Kəsilən ağacların hamısı stress altındadır. Heç bir "budanan" ağacın kəsilmiş hissəsinə "aşı məcunu" (zərərvericilərə qarşı qoruyucu örtük), ən azından bir emusiya da vurulmayıb. Bəzi ağaclarda (qovaq ağaclarında) bir budaq belə qalmayıb. Ağaclar qəsdən, bilərəkdən çürüməyə məhkum olunub".

Apardığımız araşdırmaya görə, sözügedən ünvan "İnvest.M Construction” MMC tərəfindən icarəyə götürülüb. İcarəyə götürülən ərazidə yaşayış binalarının bir hissəsi sökülüb. Daha bir maraqlı fakt: Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova MMC-nin icraçı direktoru Cavid Musayev adından daxil olan məktubda göstərilir ki, icarəyə götürdükləri 15 500 kvadrat metir ərzidə ağac və digər yaşıllıqlar yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Qafar Ağayev yaşıllıqların məhv edilməsi faktının aşkar olunmadığı bildirir: "Araşdırma ilə əlaqədar, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşuniski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının həyətində keçirilən baxış zamanı ərazidə mövcud olan yaşıllıqların (əsasən ağacların) Nəsimi Rayon İcra Hakimiyyətinin müraciətinə, Dövlət Ekoloji Ekspertiza Agentliyinin ekspertiza rəyinə və Nəsimi Bələdiyyəsinin məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən budama işlərinin aparıldığı, ərazidə qanunsuz olaraq kök boğazından hər hansı bir yaşıllığın kəsilməsi və ya məhv edilməsi faktının olmadığı müəyyən olunub".

Sosial şəbəkələrdə ərazidə yaşayan insanlar tərəfindən nazirliyin bu açıqlamasının yanlış olduğu və müvafiq tikinti şirkətinin marağına işlədiyi deyilir.








Xəbər 1493 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +