“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


14.10.2019  09:41 

Şirvan xəstəxanasına hücum: dağıntı törədildi, həkimlər döyüldü - FOTOLAR





A+  A-

Şirvan Şəhər Xəstəxanasında dağıntılarla müşayiət olunan insident baş verib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Hacıqabulda baş vermiş avtoqəzada xəsarət alan sürücünün xəstəxanada dünyasını dəyişməsindən sonra onun yaxınları dağıntılar törədib, tibb işçilərini döyüblər.

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində avtoqəza zamanı ağır-kəllə beyin travması alan Füzuli sakini, 52 yaşlı Hüseynov Qəfər Qənimət oğlu axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib. Hadisədən qəzəblənən mərhumun yaxınları şöbənin və xəstəxananın qapılarının şüşələrini sındırıb, palataya hücum edərək komatoz vəziyyətdə olan xəstənin qolundakı sistem iynəsini sındırıblar, həkimləri və sanitar xidmətçiləri döyüblər.

Hazırda Şirvan Şəhər Polis Şöbəsinin təhqiqatçıları xuliqanlıq hadisəsi ilə əlaqədar araşdırma aparırlar. Ölən şəxsin meyiti isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Qeyd edilir ki, qəzada xəsarət alan sürücü kritik vəziyyətdə, ağır kəllə-beyin travması, beyninin daxilinin kəskin əzilməsi diaqnozu ilə Reanimasiya şöbəsinə daxil olub və eyni zamanda bundan əvvəl də açıq ürək əməliyyatı keçirib.






Xəbər 3360 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +