İcra hakimiyyətlərində bu şöbələr ləğv edildi
Rusiya Müdafiə Nazirliyinin saytı haker hücumuna məruz qalıb
Mehdiyevlə Şərurlu İsfəndiyar arasında əlaqə var - MƏHKƏMƏ
Tanınmış müğənni vəfat etdi -FOTO
Oğlu həbs olunan general danışdı: “Hələ görüş vermirlər”
“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?


08.12.2025  15:07 

ƏDV qalmaqalı: Təlimatı “Avant Qrup” MTK-ya vergi orqanı verib – Vəkildən açıqlama





A+  A-

“Avant Qrup” MTK-dan mənzil alan bir qrup sakin iddia edir ki, şirkətin keçmiş hüquqşünası Araz Mahmudov ƏDV-nin geri qaytarılması prosesində onları yanlış istiqamətləndirib və depozit hesabı açmalarına mane olub. Sakinlər A.Mahmudovun verdiyi məlumatları mövcud ƏDV probleminin formalaşmasında əsas faktorlardan biri kimi qiymətləndirirlər.

XəzərNews.az-a müraciət edən sakinlərin sözlərinə görə, onlar ƏDV-nin 30 faizinin geri qaytarılması üçün Dövlət Vergi Xidmətinin tələb etdiyi depozit hesaba ödəniş qaydası barədə məlumat almaq məqsədilə A.Mahmudova müraciət ediblər. Lakin həmin dövrdə “Avant Qrup”un hüquq şöbəsində çalışan A.Mahmudovun onları bu addımdan çəkindirdiyi, “problem yaşayacaqsınız”, “borclu çıxacaqsınız”, “MTK indiyə qədər vergilərinizi ödəyib, necə olacaq?” kimi arqumentlərlə ümumi hesaba ödəniş etməyə yönəltdiyi bildirilir.

2023-cü ildə ilkin müraciət edən sakinlərdən biri iddia edir ki, A.Mahmudov “Avant”ın heç bir günahı yoxdur, məsələ Vergilər Xidmətindədir” deyərək prosesi MTK-dan uzaqlaşdırmağa çalışıb.

Başqa bir sakin isə qeyd edir ki, hüquqşünas həm MTK-nın hüquq şöbəsində çalışdığı dövrdə, həm də sonradan vəkil kimi fəaliyyət göstərərkən eyni məzmunlu məlumat verib.

Sakinlərin sözlərinə görə, bir neçə nəfər A.Mahmudovla həm ofisdə, həm də telefon vasitəsilə danışıb və hər kəsə eyni tövsiyələr səsləndirilib.

Məsələyə münasibət öyrənmək üçün Araz Mahmudovla əlaqə saxladıq. O, XəzərNews.az-a açıqlamasında sakinlərin iddialarını təkzib edib:

“Mən orada heç kimi yönləndirə bilmərəm, mən vəkiləm, maliyyəçi deyiləm. ƏDV güzəşti yekun dəyərdən formalaşır. Sakinlərin ödənişi vergi orqanının prosesi hələ tənzimləmədiyi bir dövrə təsadüf edib. MTK da vergi orqanının təlimatı ilə ödənişi öz hesabına qəbul edib. Bu barədə təlimatı MTK-ya vergi orqanı verib, deyib ki, problem deyil, satışınızı edin. Sakinlərə də informasiyanı mən yox, MTK-nın mühasibatlığı verir. Vergi onlara nə deyibsə, onlar da sakinlərə çatdırıblar. Sonradan, yəni məhkəmə məsələləri ortaya çıxanda vətəndaşlar mənə müraciət edirdi ki, ödənişi tamamlamağa 5–6 ayım qalıb, nə edim? Mən də cavab verirdim ki, artıq hesabı ayırmağın mənası yoxdur, davam edin, işiniz məhkəməyə gedəcək”.

A.Mahmudov qeyd edib ki, bu işdə cavabdeh olan qurum vergi orqanıdır:

“Əgər belə olmasaydı, məhkəmə işləri “Avant Qrup” MTK-ya qarşı qaldırılardı. “Avant Qrup”a qarşı 2–3 mülki iddia qaldırılıb, onlar da məhkəmə tərəfindən rədd olunub. Güzəştdən vətəndaş yararlanır, güzəşti isə dövlət verir. MTK sadəcə satıcı rolundadır. MTK da istəyər ki, vətəndaş güzəştdən yararlansın”.

Vəkilin sözlərinə görə, hazırda hissəli ödənişlərlə bağlı məhkəmə işləri davam edir:

“Vətəndaşın xeyrinə Ali Məhkəmənin yekun aktı yoxdur, amma proses gedir. Bəzi işləri (qaiməsiz dövr və s.) Ali Məhkəmə təcrübəsinə bağlamışıq. Təəssüf ki, Ali Məhkəmə keçid müddəaları ilə bağlı hələ yekun qərar verməyib. Yekunlaşandan sonra aşağı instansiya məhkəmələri həmin təcrübəni birmənalı şəkildə icra edəcək”.

İsmayıl Rəhimoğlu
XəzərNews.az


Xəbər 1443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +