Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


03.11.2022  17:53 

Şeyx Bəhreynə gedir





A+  A-

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bəhreyn Krallığına səfərə yola düşür.

XəzərNews.az QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifənin himayəsi altında noyabrın 3-4-də Müsəlman Ağsaqqallar Şurasının tərəfdaşlığı və Bəhreyn Krallığının ev sahibliyi ilə keçiriləcək Bəhreyn Beynəlxalq Dialoq Forumuna dəvət əsasında həyata keçirilir. Ümumbəşər problemlərinin müzakirəsi məramı ilə baş tutan Forumda Roma Katolik kilsəsinin başçısı Papa Fransiskin iştirakı, dini liderlərlə müzakirələri və çıxışı nəzərdə tutulur.

Qlobal forumda iştirak üçün QMİ sədrinə dəvət Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Şeyx Əbdül Rəhman bin Məhəmməd bin Rəşid Əl Xəlifə tərəfindən edilib.

Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər Əl-Şərifin Şeyxi və Böyük İmamı Əhməd əy-Tayyibin dəvəti ilə noyabrın 4-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçiriləcək Müsəlman Ağsaqqallar Şurasının on altıncı iclasında iştirak və çıxış edəcək.

Xəbər 1292 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +