Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


08.06.2017  09:04 

Azərbaycanın rəqiblərinin adı açıqlandı





A+  A-

UEFA Avrokuboklarda 2018/19 mövsümünün finallarını keçirmək istəyən şəhərlərin müraciətlərini qəbul edib.
XəzərNews.az xəbər verir ki, qurumun rəsmi saytından verilən xəbərdə seçimlərə qatılacaq son arenaların adları açıqlanıb. Çempionlar Liqası, eləcə də Avropa Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşması üçün 10 milli assosiasiyadan 14 ərizə ünvanlanıb.
Siyahıda Bakı Olimpiya Stadionunun da adı var. Paytaxtımız iki mötəbər finalı keçirməyə iddialıdır.
Belə ki, Çempionlar Liqasının həlledici matçı üçün BOS sadəcə bir rəqiblə - “Atletiko”nun yeni arenası “Metropolitano” ilə mübarizə aparacaq.
Avroliqanın 2018/19 mövsümünün finalı üçün isə paytaxtımız ilə birlikdə daha iki şəhər namizəddi. Həm “Roman Sançes” stadionu (Sevilya, İspaniya), həm də İstanbulda yerləşən və “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Vodafon Arena” mötəbər matçı qəbul etməyə hazırdı.
Qadınlar arasında keçirilən Çempionlar Liqasının finalı üçün isə iki stadion – Budapeştin “Ferentsvaroş” arenası və “Astana Aena” istəklidir.
Sözügedən mövsümün Superkubok finalı üçün 7 şəhər iddialıdır. Bunlar Tirana (“Qemal Staffa”, Albaniya), Tuluza (“Tuluza”, Fransa), Hayfa (“Sammi Ofer”, İsrail), Astana (“Astana Arena”, Qazaxıstan), Belfast (“Vindzor Park”, Şimali İrlandiya), Qdansk (“Qdansk Arena”, Polşa) və İstanbuldur (“Vodafon Arena”, Türkiyə).
Qeyd edək ki, UEFA son qərarını sentyabrın 21-də verəcək.

Xəbər 1553 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +