Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


11.04.2025  16:41 

İxtilaf, təfriqə, parçalanma... - Quranda qadağan edilir





A+  A-

"Ey Peyğəmbər! Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha qalıb. Sonra Allah onlara nə etdiklərini bildirəcəkdir. Kim yaxşı iş görərsə, ona etdiyinin on qat əvəzi verilər. Kim pislik edərsə, ona ancaq etdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz." (Quran, Ənam surəsi 159-170).

Əslində Quranın bu ayələrini heç bir şərhə ehtiyac yoxdur, Allah özü dediyi kimi açıq və aydındır. Amma ayələrin əhəmiyyətini bir daha xatırlatmaq və ilahi təkid üçün qeyd edim ki, böyük orta əsr filosof-mütəfəkkiri, ən mükəmməl Quran təfsirlərindən olan "Kəşşaf" təfsirinin müəllifi Carullah Zəməxşəri sözü gedən ayənin şərhində bunları qeyd edir:

“Dinlərini parça -parça edib…” ifadəsinin, “dinlərinin hökmlərini qismlərə ayırdılar, bunların bir qisminə iman edib bir qismini inkar etdilər” anlamına gəldiyi də söylənmişdir. ْ

Yəni, firqə-firqə oldular və hər bir firqə öz imamının arxasına düşdü, onun tərəfdarı oldu. Peyğəmbərə xitabən: “Sənin onlarla hiç bir əlaqən yoxdur”- yəni, onlar haqqında və nə üçün parçalanıb qruplara ayrıldıqları xüsusunda maraqlanıb soruşmaq səni əlaqələndirməz. Və ya onların cəzalandırılıb cəzalandırılmaması
xüsusunda sənin edəcəyin bir şey yoxdur da deyilmişdir. " (Carullah Zəmxşəri, "Kəşşaf təfsiri" 2-ci cild, 792-ci səhifə)

Yüzlərlə müəssisələrin içindən ona görə Zəmxşəridən sitat gətirdim ki, bu alimin təfsirini öz aralarında ixtilaf etmiş aparıcı məzhəb və təriqətlər də qəbul edir. Qəbul etməyə də bilməzlər, çünki Zəməxşəri ağılda və savadda heç bir məzhəb alim, filosof - müfəssir yetişdirə bilməyib. Quranı ağılla ilk təfsir edən alimdir. Ərəb dilinin incəliklərini, dərinliklərini ondan savayı kamil bilən ikinci şəxsin olmamasını digərləri də etiraf ediblər. Üstünlüyü ondan ibarətdir ki, təfsirində öncə ağıla, fəlsəfəyə önəm verib, sağlam nəqli dəlillərə və başqa alimlərin rəy və fikirlərinə də yer verib, xatırladıb.

Ayələrin fərqli qiraət üsullarına görə oxunuş formalarını da nəzərə alaraq hər bir variantın ayrıca təfsirini verib. Ən əsası isə Quranı məzhəbi baxışdan təfsir etməyib, obyektivliyi qoruyub. Ondan sonra yazılan təsirlərin hamını ondan bəhrələnib. Ağıla üstünlük verdiyi üçün dövrünün və sornakı dövrün məzhəbçi üləması ondan başqa bir irad tapa bilməyib mötəzilə olmaqda suçlayıblar.

Fəqət fikrimiz burada Zəmxşərini tərifləmək deyil. Sadəcə obyektivlik sarıdan niyə onun təfsirindən sübut gətirdiyimizi əsaslandırmaq üçün haqqında qeyd etdik.

Firqələrə bölünmək, məzhəbçilik təəssübü, ixtilaf, ikitirəlik bu ayədə dini parçalamaq kimi xarakterizə edilərək hətta Peyğəmbərin özünün belə onlardan uzaq olduğu önə çəkilir. İxtilaf, təfriqə, parçalanma Quranda kəskin şəkildə qadağan edilir.

Zəmxşəri xüsusilə qeyd edir ki, bəziləri dinlərinin özlərinə sərf edən hökmlərini götürdülər, sərf etməyəni də kənara qoydular. Quranda təkidlə təfriqə əleyhinə buyurulan ayələrin hökmünü kənar atmayan məzhəbçi "alimlərin" sayı 2 milyon müsəlmanın içində bəlkə də bir əlin barmaqları qədər olar.

Ali İmran surəsində də buyurur ki, hamılıqla Allahın ipindən tutun, təfriqə etməyin. Bu da ilahi əmrdir. Amma gəlin görək ən azı namaz, oruc kimi buna əməl edilirmi? Xeyr. Demək Quranın yalnız fiqhi, şəri hökmlərini götürüb ictimai, sosial insani, humanitar yönlərini atırlar.

Həmrəylik, vəhdət, insanların fərqli inanclarda olmasına rəğmən sıx sosial münasibətləri inkişaf etdirməsi Quranda vacib buyurub. İctima - sosial münasibətlərin olmaması, insanları bir-birindən uzaqlaşdırır və soyudur. Odur ki, Quranın insanlıq üçün daha əhəmiyyətli kəlamlarını, əmr və tövsiyyələrini diqqətdən kənarda qoymaq olmaz.

Qeyd olunan ayənin hökmünə görə Peyğəmbər dini parçalayanların yanında deyil, hətta gündə 5 dəfə namazda ona və ailəsinə salavat göndərsələr də. Çünki ona salavat göndərməkdən daha əhəmiyyətli bir məsələni tərk ediblər.

Dini, cəmiyyəti, birliyi, vəhdəti bölmək, parçalamaq zərərli olduğu qədər də Quranın əleyhinədir. Odur ki, bölücülükdən, ixtilafdan, təfriqədən uzaq olaraq vəhdətə yönəlmək vacibdir. Allahın mərhəmətindəndir ki, pislik edənə yalnız qarşılığı verilir, yaxşılıq edənə isə on qat əvəzi verilir. İlahinin bu lütf və mərhəmətin məhz təfriqənin tənqid olunmasından dərhal sonra qeyd edilməsi bu mövzunun nə qədər böyük əhəmiyyəti olduğundan xəbər verir.

Tural İrfan

Xəbər 4659 dəfə oxunub.



22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +