Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub


12.01.2021  13:28 

Sabaha gözlənilən hava açıqlandı





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, yanvarın 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 13-14-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.



Xəbər 1804 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +