Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub


01.03.2018  11:19 

Dini qanunvericiliyi pozanlar Azərbaycandan qovulacaq





A+  A-

Dini etiqad azadlığı haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılacaq.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 516-cı (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsinin 516.0.1-ci bəndinə dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanı ( Dini Qurumlarala İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi öz səalahiyyətləri daxilində) ilə razılaşdırılmadan vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə gödərilməsinə, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin martın 6-da keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbər 1222 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +