Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


21.11.2022  17:37 

Əliyev Tokayevə zəng edib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Kasım-Jomart Tokayevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində, o cümlədən aparılan islahatların həyata keçirilməsi işində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Söhbət zamanı Qazaxıstan Prezidentinin ölkəmizə son rəsmi səfəri çərçivəsində, eləcə də oktyabr ayında Astanada dövlət başçıları arasında keçirilmiş görüşlər məmnunluqla xatırlanıb, həmin görüşlərdə əldə edilmiş razılıqların uğurla icra edildiyi qeyd olunub.
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.
Dəvət məmnunluqla qəbul olunub.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər 919 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +