Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


30.11.2020  15:58 

“Döyüşdə yaralanan oğluma dərmanlarını ala bilmirəm”





A+  A-

“Oğlum Kənan Musayev İkinci Qarabağ müharibəsində bir ayağını itirib, əməliyyat olunub. Lakin əməliyyatdan sonra onunla heç kim maraqlanmır. Ona lazım olan dərmanları qonşuların köməyiylə alırıq”.
XəzərNews.az-ın məlumatına görə, bunu “Qafqazinfo”ya Qazax rayonunda yerləşən "Kənd Təsərrüfatı Texnikomu yataqxanası" adlanan yerdə məskunlaşmış 19 yaşlı qazinin anası Məhəbbət Məmmədova bildirib. Onun iddiasına görə, işsiz olduğuna və heç bir əlavə gəlir yeri olmadığına görə, oğluna lazım olan tibbi vasitələri almaqda çətinlik çəkir:

“Oğlum Kənan Musayev Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, bizimlə heç kəs maraqlanmır. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər, hələ bir xəbər yoxdur”.

M. Məmmədovanın sözlərinə görə, ötən gün sosial şəbəkədə etdiyi müraciətdən sonra Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Məmməd Alıyev onlarla görüşüb. Yaşadıqları yataqxanaya qaz çəkiləcəyini vəd edib: “Bizim yataqxana pis vəziyyətdədir, qazımız yoxdur. İcra başçısının müavini dedi ki, bu gün yataqxanaya qaz çəkiləcək. Bir də mənim işlə təmin olunmağıma kömək edəcəklər. Amma hələ bir xəbər yoxdur, gözləyirik”.

M. Məmmədova bildirib ki, oğlu Kənan Musayev ilk dəfə minaya düşən gün Naftalan Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Bundan sonra Mingəçevir Mərkəzi Xəstəxanasına göndərilib və iki dəfə də orada əməliyyat olunub. Bir müddət xəstəxanada yatdıqdan sonra qazi evinə gətirilib və o vaxtdan evdə müalicə alır. Ananın sözlərinə görə, 15 gündən sonra yenidən ona komissiya baxmalı və ayağı üçün protez verilməlidir.

Problemlə bağlı Qazax rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, ailəyə müəyyən miqdarda köməklik olunub. İcra başçısının müavini ailə ilə görüşüb və nə vəd verilibsə, yerinə yetiriləcək.

Xəbər 3452 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +