Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


24.10.2023  08:51 

Bu nazir də yola salınır... - Azərbaycanda





A+  A-

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin vəzifəsindən azad ediləcəyi gözlənilir.

Xəzərnews.az xəbər verir ki, bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, yeni nazir müavininin, nazirin səlahiyyətlərini icra edəcək şəxsin kimliyi də müəyyənləşdirilib. Bu dəyişikliyin İqtisadiyyat Nazirliyinin yeni əsasnaməsinin və strukturunun təsdiq ediləcəyindən sonra reallaşdırılacağı bildirilir.

Qeyd edək ki, bu ilin may ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturunun genişləndirilməsi haqqında Fərman imzalanıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməli idi.

Fərmanla müəyyən olunub ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində İqtisadiyyat Nazirliyinin və strukturuna daxil olan dövlət orqanlarının əsasnaməsi, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Ali Məclisə təqdim etməli idi. Fərmanla Nazirlər Kabinetinə tapşırılmışdı ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Ali Məclisə təqdim etsin.

Bu fərmanın imzalanmasından 5 ay keçməsinə baxmayaraq, İqtisadiyyat Nazirliyinin yeni əsasnaməsi və strukturu təsdiq edilməyib. Bu da o deməkdir ki, imzalanan fərman icra olunmayıb. Bu gecikmənin səbəbi barədə müxtəlif versiyalar irəli sürülür. Səbəb nə olursa olsun, bu gün muxtar respublikanın rəhbəri olduğunu iddia edən şəxs qanunların pozulmasına imkan verməməlidir. Əgər bacarmırsa, o zaman bu işi görə bilən şəxslərə mane olmamalıdır.

Xəbər 1047 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +