Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


05.01.2022  12:50 

NAZARBAYEVİN saatları...





A+  A-

Məlum olduğu kimi, hərənin bir xobbisi olur. Biri marka yığır, o biri kağız əskinaslar, metal, hətta qızıl sikkələr toplayır, daha imkanlılar avtomobil kolleksiyası yaradır. Original şəkil və heykəl yığanlar da var, amma bunların adı məşhur “Forbs” jurnalındadır.

Bilələr bilir, Sovetin keçmiş rəhbəri Brejnevin zəngin minik avtomobili kolleksiyası olub. Dünyanın məşhur avtomobil brendləri hər biri öz yeni avtomobilindən 1 nüsxə baş katibə hədiyyə göndərirmiş. Moskva ətrafında yerləşən qarajda yüzlərlə avtomobil varmış. Rəhbər arabir bu maşınları minməyi və boş trasda təyyarə sürəti ilə sürməyi xoşlayarmış. Məlum milyarder Telman İsmayılov da bahalı minik avtomobilləri toplayırmış. Gürcüstanın eks-prezidenti Saakaşvilinin isə, brend qol saatları kolleksiyası varmış...



Qazaxıstanın lideri Nazarbayev də, deyilənə görə, qol saatı azarkeşidir. Bunu xaricdə və daxildə bilirlər və liderə müxtəlif təqvimlərdə bahalı İsveçrə və Yapon saatları hədiyyə edirlər. Saatları qiyməti korpusundan (polad, qızıl, platin və s.) və mexanizmindən (mexaniki, günəş, kvars və s.) asılı olaraq, 50-100 mindən bir neçə milyona dollara qədər dəyişir. Nazarbayev qiymətli hədiyyələri qəbul edir və səbrlə gözləyir. Astana tikilib başa çatır və şəhərdə “Nazarbayev muzeyi” açılır. Saatların da sayı minə çatır və lider bütün saatları bu muzeyə bağışlayır...

Qalib ARİF
(“Qısa hekayələr” silsiləsindən)

Xəbər 2179 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +