Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


16.04.2021  20:36 

Aİ nümayəndəsi XİN-ə çağırıldı - Rəsmi Bakıdan etiraz





A+  A-

Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib.
XİN-dən XəzərNews.az-a verilən məlumata görə, görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın aprelin 14-də Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayanla görüşməsi ilə bağlı səfir Yankauskasa etiraz bildirilib.

Aİ nümyəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Xəbər 3058 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +