Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


03.05.2018  10:02 

“Qarabağda hərbi əməliyyatlara hazır olmalıyıq” - Sabiq XİN rəhbəri





A+  A-

“Mən belə hesab edirəm ki, Qərbin Ermənistanda o qədər də böyük marağı yoxdur. Didər tərəfdən o fikirdəyəm ki, ümumiyyətlə, Rusiya bu bölgədən çəkilmək istəyir”.
XəzərNews.az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, artıq Ermənistan Rusiya üçün həm siyasi, həm iqtisadi baxımdan mənasız bir yükə çevrilib: “Təbii ki, bu yükdən özünü azad etmək Rusiya üçün aktualdır. Baxın, son on ilin ərzində Rusiya özünün hərbi kontingentində nə qədər ixtisarlar aparıb. Xaricdə heç bir strateji əhəmiyyətə malik olmayan, Rusiyanın müdafiəsi üçün heç bir əhəmiyyət kəsb etməyən hərbi bazanı saxlamaq da mənasız bir şeydir. Üstəlik, günü-gündən əhalisi azalan bir ölkə iqtisadi baxımdan da Rusiya üçün heç bir maraq kəsb etmir. Yəni Ermənistan öz siyasəti nəticəsində artıq dalana dirənmiş bir ölkədir. Hansı ki, o siyasətin nəticələri üzə çıxır. Bunun əsasında da müxtəlif qruplaşmalar bir-biri ilə toqquşmağa başlayıb. Çünki ortada olan iqtisadi maraqlar azalır və onun bölünməsi daha da aktuallaşır”.

T. Zülfüqarov deyib ki, Rusiya artıq Ermənistanla bağlı real heç bir addım atılmır.

“Birincisi, çox asanlıqla Sərkisyanın istefası qəbul olundu. İkincisi, Qərbin və Rusiyanın bu hadisələrə aid bəyanatları heç də fərqlənmir. Həm Rusiyanın, həm də ABŞ-ın Ermənistandakı səfirlikləri eyni məzmunlu bəyanat verdilər. Bu baxımdan hesab edirəm ki, bu böhran daha da dərinləşəcək. Bir daha xüsusi vurğulayıram ki, bu böhran Ermənistanın uzun müddət regionda həyata keçirdiyi siyasətin nəticəsidir. Yəni öz qonşuları ilə konfliktləri olan bir ölkədir. İndi görünən budur ki, onun uzun müddət digər ölkələrə satdığı siyasət indi heç kəsə lazım deyil”.

Zülfüqarov deyib ki, biz bu hadisələri diqqətlə izləməli, hər bir vəziyyətə, siyasətə hazır olmalıyıq. “Həm real sülh danışıqlarına, həm də hərbi əməliyyatların bərpasına. Amma indiki mərhələdə biz ermənilərin yeni səhvlər buraxmasına mane olmamalıyıq. Onlar günü-gündən daha artıq səhvlərə yol verirlər. Elə Paşinyanın baş nazir seçilməməsi Ermənistanın sabitliyi üçün yanlış olan bir addım idi. Bu, böhranın daha da dərinləşməsinə imkan yaradır. Azərbaycana gəldikdə, gəlin mane olmayaq, imkan verək onlar səhvlərini daha da çoxaltsınlar və bu səhvlərin ümumi çəkisi daha da artsın”.

Xəbər 2127 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +