200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


02.10.2021  21:51 

“Gürcü arzusu” partiyası seçkilərdə qələbə qazanıb





A+  A-

Gürcüstanın “Gorby” təşkilatı yerli idarəetmə orqanlarına seçkilərdə apardığı exitpolun nəticələrini açıqlayıb. Təşkilatın keçirdiyi sorğunun saat 18:00-a olan nəticələrinə əsasən, "Gürcü arzusu – demokratik Gürcüstan" Partiyası 47,6 faiz, Vahid Milli Hərəkat Partiyası (VMHP) 27,1 faiz, “Gürcüstan naminə” partiyası 6,8 faiz səs toplayıb.

Tbilisi meri seçkilərində isə 51,3 faizlə “Gürcü arzusu”nun namizədi Kaxa Kaladze rəqiblərini qabaqlayıb. İkinci yerdə 34,6 faiz səslə VMHP-nin namizədi Nika Meliya, üçüncü yerdə isə 5,5 faiz səslə “Gürcüstan uğrunda” partiyasının namizədi Giorgi Qaxariya qərarlaşıb.

“Mtavari arxi” telekanalının sifarişi ilə “İpsos” təşkilatının keçirdiyi exitpolun nəticələrinə görə də seçkilərdə “Gürcü arzusu” partiyası qələbə qazanıb.



Xəbər 1925 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +