200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.12.2018  08:43 

“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko





A+  A-

Belarusun kütləvi informasiya vasitələri rusiyalı jurnalistlərlə görüşdə prezident Aleksandr Lukaşenkonun sensasion çıxışını dərc etməkdə davam edirlər.
XəzərNews.az “Virtualaz.org”a istinadən xəbər verir ki, həmin çıxışında belaruslu lider Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə danışıb.

“Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə susmusan? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?” – Lukeşanko bildirib.

Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. “Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur.

“Polonez”lər olmasa, onuncu olacağıq. Bax, niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? İndi sən danış, mən də susum”, - Lukaşenko əlavə edib.

Xəbər 1730 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +