Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


29.02.2024  12:01 

Məşhur kababxanalar söküldü - FOTO





A+  A-

Bakının Yasamal rayonu ərazisində uzun müddət fəaliyyət göstərən kafe və ticarət obyektləri sökülüb.

Xəzərnews.az xəbər verir ki, metbuat.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, rayonun Məhəmməd Xiyabani küçəsindəki kafelər və ət dükanları ləğv edilib. Dünən axşam saatlarından başlayaraq Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıb. Ərazidə 20-dən artıq kafe sökülüb.

Qeyd edək ki, M. Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi. Ərazi uzun illər idi ki, "Ətçilər” kababxanaları kimi tanınırdı. Adıçəkilən ərazidə kafelərlə yanaşı xırdabuynuzlu heyvanların ət satışı da həyata keçirilirdi.



Xəbər 2569 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +