İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


14.11.2023  13:05 

Şengen vizası onlayn qaydada veriləcək... - Yenilik





A+  A-

Avropada Şengen vizası üçün müraciət edənlər bundan sonra bunu internet vasitəsilə edə biləcəklər.

Avropa İttifaqının viza qaydasına bu dəyişiklik barədə razılaşma Aİ xarici işlər nazirlərinin noyabrın 13-də keçirilən iclasında əldə olunub.

Şengen vizasının onlayn qaydada alınması ərizəçiləri pasportlarına möhür vurulmasından azad edəcək.

Bu isə o deməkdir ki, onlar konsulluqlarda müsahibəyə dəvət olunmayacaqlar.

Şengen viza ərazisinə Avropa İttifaqının 27 üzvündən 23-ü daxildir. Bu zonaya Aİ üzvü olmayan İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn də daxildir.

İspaniyanın daxili işlər naziri Fernando Qrand-Marlaska deyib ki, onlayn viza sistemi səfər edilməsi üçün prosedurları asanlaşdıracaq.

İspaniya hazırda Avropa İttifaqının prezidentliyinə rəhbərlik edir.

Viza əvəzinə kod göndəriləcək.

Yeni qayda qüvvəyə mindikdən sonra bütün məlumatlar, habelə sənədlərin surətləri onlayn platformaya yüklənəcək və ödənişlər də bu qaydada ediləcək. Bütün məlumatlar yoxlandıqdan sonra ərizəçiyə kriptoqrafik qaydada imzalanmış barkod göndəriləcək. Bu kod ya kağız üzərində çap edilməli, ya da telefonda hifz olunmalıdır. Bununla belə yeni pasport alanlar və ya biometrik məlumatları dəyişmiş ərizəçilər müsahibə üçün konsulluğa dəvət oluna bilərlər.

Avstraliya kimi bəzi ölkələrə səfər üçün bu qayda artıq tətbiq olunur.

Bir çox hallarda Avstraliya, Britaniya, Kanada, Yeni Zelandiya və Birləşmiş Ştatlar da daxil 60-a yaxın ölkənin vətəndaşları qısa müddət üçün Şengen vizası almaya bilərlər.

Lalə
Xəzərnews.az


Xəbər 2591 dəfə oxunub.




25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +