Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


24.06.2021  19:43 

Azərbaycanda “delta” ştammı qeydə alınıb? - TƏBİB açıqladı





A+  A-

Son günlər bir çox ölkədə Hindistanda meydana gələn COVID-19 virusunun “delta” ştammı sürətlə yayılır. Belə ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda son sutka ərzində qeydə alınan koronavirusa yoluxma hallarının 56 faizi “delta” ştammının payına düşür. Ötən gün isə qonşu Türkiyədə 134 nəfərdə yeni ştamma yoluxma faktı qeydə alınıb. Həmçinin Gürcüstanda da 20 nəfər sözügedən ştamma yoluxub.
“Delta” ştammının qonşu ölkələrdə sürətlə yayıldığını nəzərə alaraq Azərbaycanda aşkarlanıb-aşkarlanmadığı ilə maraqlandıq.

XəəzrNews.az-ın məlumatına görə, TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, virusun müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır.

“Bu günə kimi Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”.

Qeyd edək ki, indiyə qədər 90-dan çox ölkədə “delta” ştammı yayılıb. Bu növün daha sürətli yoluxma qabiliyyətinə malik olduğu bildirilir.

Xəbər 3223 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +