Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


18.05.2018  16:32 

Oruc tutanların nəzərinə - QMİ vaxta dəyişiklik edib





A+  A-

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası tərəfindən təsdiq olunmuş mübarək Ramazan ayının təqvimində imsak vaxtı əvvəllər olduğu kimi sübh azanından 15 dəqiqə deyil, 5 dəqiqə əvvəl göstərilib. Bununla əlaqədar, Qafqaz Müsəlmanları İdarəsinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur.
XəzərNews.az QMİ-nin saytına istinadən xəbər verir ki, imsak vaxtının sübh namazından 5 dəqiqə əvvəl təyin edilmə qərarı hər iki məzhəb üləmalarının fikirləri əsas tutularaq qəbul olunub.

Oruc tutan qardaş və bacılarımızın nəzərinə çatdırırıq ki, imsak vaxtının sübh azanından bir qədər əvvəl olması oruc tutanların səhuru sübh azanından əvvəl bitirib namaza hazır olmaları üçündür. Builki Ramazan təqvimində belə bir dəyişiklik etmə qərarının başlıca məqsədi oruc tutanların rahatlığını daha yaxşı şəkildə təmin etməkdir.

İmsak vaxtı ilə sübh azan vaxtı arasındakı 5 dəqiqəlik müddətin son hədd olduğu bir daha önəmlə vurğulanır.

Xəbər 4100 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +