Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


24.02.2017  12:19 

Yeni qayda: ”Cərimədən xilas olmaq üçün sürücülərə mesaj göndəriləcək”





A+  A-

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb
Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynovun açıqlamasında dəyişikliklər barədə danışıb.

O, bildirib ki, dəyişikliklərə əsasən Azərbaycanda bütün sürücülərin mobil telefonları Dövlət Yol polisi tərəfindən qeydiyyata alınacağı göstərilsə də bu əslində
2012-13-cü il qanununda mövcud idi.

"Amma 2014-cü ilədək avtomobil alan yüz minlərlə sürücünün mobil nömrəsi Dövlət Yol polisinin sistemində yoxdur. Prezident göstəriş verib ki, bütün sürücülərın mobil nömrələrini Dövlət Yol Polisi qeydiyyata alsın. Bu ona görə tətbiq edilir ki, sənəd və informasiya mübadiləsində, çox böyük çətinliklər yaşanır. Sürücülərin nömrələri bazaya salındıqdan sonra bu ona imkan verəcək ki, parklanma qaydalarına görə, avtomobili 24 saatdan çox dayanacaqda dayanan sürücüyə SMS gələcək. Sürücüyə vaxtın bitməsinə 1 saat qalmış, yəni 23 saatın tamamında SMS göndəriləcək ki, sürücü cərimədən qurtula bilsin. Amma sürücülərin telefon nömrələrinin Yol polisində olmaması bu işi çətinləşdirirdi. Buna görə də bütün sürücülərin mobil nömrələrinin qeydiyyata alınması bu sistemin tətbiq edilməsinə yardımçı olacaq", - deyə Ərşad Hüseynov bildirib.

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman ilə buradan tanış ola bilərsiniz.

(baku.ws)

Xəbər 5405 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +