Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?
Aleksandr Kubrakov üzərində axtarış aparılır
Prezident gürcü naziri qəbul etdi
“Respublika“ “Xalq“ qəzetinə birləşdi - FƏRMAN
“Yelo Bank” ən çox şikayət edilən bank oldu
Krasnodarda 18 ton Azərbaycan şaftalısını məhv ediblər


14.12.2024  17:02 

Güclü külək bu rayonda bir sıra fəsadlar törədib





A+  A-

Güclü külək nəticəsində Mingəçevir şəhəri ərazisində 120 ədəd ağac qırılıb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb

Xəzərnews.az xəbər verir ki, bu barədə Mingəçevir şəhər Fövqəladə Hallar Komissiyası məlumat yayıb.

Bildirilib ki, 15 yaşayış binasının dam örtüyünü külək uçurub, 9 fərdi evin dam örtüyünə ziyan vurub, 3 ədəd fərdi evin həyətində daş hasar aşıb. Qopan dam örtüyünün şiferləri 3 ədəd nəqliyyat vasitəsinin üzərinə düşərək zədələyib, 1 səhiyyə, 1 mədəniyyət, 3 təhsil müəssisəsinin binasının dam örtüyünə, 1 yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.

Bundan başqa, telefon, işıq və internet xətləri qırılıb. Şəhərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb.

Qeyd olunub ki, şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanıb, hazırda bərpa işləri davam etdirilir.

Xəbər 5233 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +