Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


04.12.2024  16:56 

Gömrük əməkdaşlarının maaşları niyə verilmir?





A+  A-

Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb

Xəzərnews.az xəbər verir ki, yayılan məlumatlarda son üç ayda Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əmək haqları verilmədiyi bildirilir.

Qeyd edilib ki, Maliyyə Nazirliyinin ayırdığı vəsaitlər hesabına Komitə 2025-ci ilin yanvarın 31-nə qədər olan müddətdə heç bir gecikmə olmadan gömrük işçilərinin əmək haqları verə bilər. Bununla belə, DGK əməkdaşlarının əmək haqlarını artıq üç aydır vermir.

Bildirilib ki, DGK işçilərinin aylıq əmək haqları 12-13 milyon manat civarındadır. Bu isə ümumilikdə 40 milyon manata yaxın vəsait deməkdir.

Əlavə edilib ki, son 6-7 ay gömrük əməkdaşlarının məzuniyyət pulu da verilməyib. Bu da öz növbəsində böyük narazılıqlara gətirib çıxarıb.

Dövlət Gömrük Komitəsindən isə yayılan məlumatlara hər hansı rəsmi açıqlama verilməyib.

Xəbər 9022 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +