Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


12.06.2024  20:01 

Şahin Bayramov məzunlarla görüş keçirib





A+  A-

Bu gün iqtisad üzrə fəlsəfə doktoru, Qarabağ Universitetinin rektoru Şahin Bayramov məzunlarla görüş keçirib.

Xəzərnews.az xəbər verir ki, Ağdam Muğam Mərkəzində keçən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Anar Məcidov, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon təhsil sektorunun müdiri Tahir Abbasov və buraxılış imtahanlarında 200 baldan çox nəticə göstərən 11-ci sinif şagirdləri iştirak ediblər.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tarixi torpaqlarımız olan Qarabağda elmə və təhsilə hər zaman xüsusi diqqət və qayğı göstərilməsindən, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində atılan ən önəmli addımlardan biri olmasından, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə yenidən qurulan Qarabağ Universitetinin Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə elmin və təhsilin inkişafına verdikləri dəyərin, diqqət və qayğının daha bir bariz nümunəsi olmasından bəhs ediblər.

Görüşdə Universitetin rektoru Şahin Bayramov buraxılış imtahanlarında 200 baldan çox nəticə göstərən onbirinci sinif şagirdləri ilə Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparıb, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, xüsusi təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verib.

Məlumat üçün bildirək ki, yeni tədris ilində Qarabağ Universitetində 1200 nəfər tələbənin təhsil alacağı nəzərdə tutulub.Tədbirin sonunda Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilib.

Xəbər 9074 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +