Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü
Keyfiyyətli dondurmanı necə seçək?
Vağzalın parkinq xidməti müvəqqəti dayandırılır
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb
Kursdan çıxan PUA Rostovda yaşayış binasına çırpılıb
Əsir mübadiləsi: 84 ukraynalı vətənə qayıdıb
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı


28.02.2018  15:11 

İmişlidə şöbə müdiri müəllimi təhqir edib?





A+  A-

İmişli rayon Sərxanlı kənd 1 saylı tam orta məktəbinin rəsmxət müəllimi Xəyal Yusifov Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun onu təhqir etdiyini iddia edib.
XəzərNews.az-ın məlumatına görə, müəllim “Qafqazinfo”ya şikayətində bildirib ki, dərs saatı az olduğu üçün şöbə müdirinin qəbulunda olub. Bu zaman R. Əmirov onu təhqir edərək qovub:

“Dərs saatımın artırılması üçün Təhsil Şöbəsinə müraciət etdim. Kobud insan olduğunu bilirdim, ancaq bu qədər də gözləmirdim. O məni təhqir edib otaqdan qovdu. Rayonda rəsmxət müəllimi onsuz da azdır. Ancaq dərsi bizə yox, qeyri-ixtisas müəllimlərinə verirlər”.

Bundan başqa, X. Yusifov şikayətində məktəbin direktor əvəzi Sahil Vəliyevin də onu döydürməklə hədələdiyini qeyd edib.

Təhsil Nazirliyindən məsələylə bağlı sorğumuza cavab olaraq bildirilib ki, şikayət araşdırılıb və X.Yusifov həmin məktəbdə təsviri incəsənət müəllimi işləyir və bu fənn üzrə bütün dərsləri (cəmi 9 saat) özü tədris edir. X.Yusifov ikinci iş yerində də dərs demək istəyi ilə təhsil şöbəsinə müraciət edib. Müraciətini nəzərə alaraq, ona rayonun Rəsullu kənd tam orta məktəbində mövcud olan vakant incəsənət dərsləri təklif olunub. Lakin X.Yusifov həmin məktəbdə işləməkdən imtina edib, yalnız şəhər məktəblərində işləmək istədiyini bildirib. Onun diqqətinə çatdırılıb ki, hazırda həmin məktəblərdə təsviri incəsənət fənni üzrə vakant dərsləri yoxdur.

Rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov öz izahatında X.Yusifovu qəbul edərkən onu təhqir etmədiyini bildirib.

Xəbər 3174 dəfə oxunub.



14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub


BÜTÜN XƏBƏRLƏR +