“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.03.2024  14:05 

Əli Əsədov İrakli Kobaxidze ilə görüşüb





A+  A-

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə görüşüb.

Xəzərnews.az xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb. Bildirilib ki, tərəflər arasında söhbətin əsas mövzuları iki ölkə arasında strateji tərəfdaşlığının vacib istiqamətləri, o cümlədən çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq olub.

Bildirilib ki, Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və hökumət başçısı kimi onun Bakıya ilk rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.

Görüşdə ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə və birgə regional layihələrə də diqqət yetirilib, "Orta dəhlizin" yüklərin daşınması baxımından əhəmiyyəti qeyd edilib.
"Tərəflər iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində iki ölkənin hökumətlərarası iqtisadi komissiyasının xüsusi rolundan danışıb və görüşün yaxın vaxtlarda keçirilməsinin planlaşdırıldığını qeyd ediblər",- məlumatda bildirilib.

Həmçinin, regionda sabitliyin və sülhün bərqərar olunmasının xüsusi əhəmiyyəti və bu prosesdə konstruktiv dialoqun rolu vurğulanıb.
Baş nazir Kobaxidze Gürcüstan hökumətinin Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi prosesinə töhfə verməyə davam etməyə hazır olduğunu təsdiqləyib.

Söhbət zamanı İrakli Kobaxidze Əli Əsədovu Gürcüstana rəsmi səfərə dəvət edib.



Xəbər 1366 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +