Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


24.11.2022  11:48 

Nazir oğlunun videolarına görə istefa verdi





A+  A-

Çuvaşiyanın rəqəmsal inkişaf naziri Kristina Mainina oğlu ilə qalmaqallı videonun dərcindən sonra könüllü olaraq istefa vermək qərarına gəlib. Nazirin istefası Çüvaşiya rəhbərliyi tərəfindən dəstəklənib.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublika rəhbəri Oleq Nikolayev məlumat verib:

“Kristina Andreevna Maininanın Çuvaşiyanın Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri vəzifəsindən könüllü istefa verməsi ilə bağlı qərarı bölüşürəm və qəbul edirəm. Bu qərarı qəbul edərkən Kristina Andreevna çuvaşların nüfuzunu qorumaq məqsədlərini rəhbər tutmuşdu. O, oğluna və ailəsinə daha çox diqqət yetirmək istəyir".

Xatırladaq ki, məmurun 17 yaşlı oğlu Robert Mainin noyabrın 25-də oxuduğu gimnaziyanın sosial şəbəkələrində qanlı səhnələri olan bir neçə yazı yerləşdirib və guya sinif yoldaşlarını təzyiqlə hədələyib. Bundan sonra polis məktəblinin evinə gələrək axtarış aparıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları üzərində svastika olan fincan və nasist simvolları olan bıçaq aşkar ediblər.

Kristina Mainina isə oğlunun diqqəti özünə cəlb etmək istədiyini və onun əməlində heç bir pis niyyətin olmadığını bildirib.

Yusif
XəzərNews.az




Xəbər 904 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +