Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


31.07.2018  09:52 

“Pozuntular kifayət qədərdir” - MTRŞ sədri





A+  A-

Azərbaycanda qanunsuz kabel televiziyalarına qarşı tədbirlərin görülməsi müntəzəm şəkildə davam edir.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, hələki bu sahədə pozuntular kifayət qədərdir:

"Düzdür, Azərbaycanda inkişaf getdikcə bu sahədə də pozuntular azalır. Artıq tikinti sahibləri özləri də başa düşürlər ki, binalarda qeyri-qanuni kabel televiziyalarının yayımlanmasındansa, qanuni şəkildə yayımlanması daha doğru olardı. Çünki qanuni kabel televiziyalarının olması orada yaşayan əhali üçün də bir üstünlükdür. Ona görə də, onlar da getdikcə qanun pozuntularını azaldırlar. Dəqiq rəqəm deyə bilmərik, ancaq bu sahədə pozuntular kifayət qədərdir".

MTRŞ-nın qanunsuz kabel televiziyaları ilə bağlı hüquq mühafizə və vergi orqanlarına müraciətinə toxunan N.Məhərrəmli bildirib ki, müvafiq orqanlar tərəfindən qanunsuz hallara qarşı tədbirlər görülür:

"Müraciət etmişik, ancaq hansı tədbirlərin görülməsi barədə bizə məlumat verilməyib. Burada ictimaiyyət də diqqətli olmalı, kabel televiziyasına qoşularkən onun qanuni və ya qanunsuz olduğunu müəyyən etməlidir".

Xəbər 1988 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +