“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib
Prezident üç fərman imzaladı


03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi





A+  A-

Sahibkar tanışlarına internet platforması üzərindən əlavə gəlir əldə etmək vədi verib onların 4 milyon manatını ələ keçirməkdə ittiham olunan birjaçı Nizami Alışanın məhkəməsi başa çatıb.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxsə verilmiş xüsusilə külli miqdarda dələduzluq ittihamının məhkəmədə təsdiqini tapdığını bəyan ediblər.

Hökmə əsasən, Nizami Alışana 10 il müddətinə həbs cəzası verilib. Bundan əlavə, birjaçı pullarını batırdığı zərərçəkmişlərdən biri - Babək Məmmədzadəyə dəymiş maddi ziyanı da ödəməli olacaq.

Nizami isə son sözündə yenə zərərçəkmiş kimi tanınan Babək Məmmədzadənin adını çəkib. Babəkin qoyduğu puldan qat-qat çox qazandığını deyib. Birjaçı Babəkin atasının da bir vaxtlar böyük yeyinti ilə məhkum edildiyini xatırladaraq indi isə oğlunun özünü zərərçəkmiş kimi təqdim edərək onun üstünə gəldiyini bildirib.

Qeyd edək ki, Nizami Alışan Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Artıq pul qazanmaq üçün pul verib sonradan şikayətçi olanlar isə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və başqa iş adamı Yadigar İsrafilovdur.

Nizami Alışan isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elarizin kürəkənidir.


Xəbər 2282 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +