Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


11.12.2018  13:34 

Heydər Əliyevin xatirəsi Kiyevdə anılıb - Fotolar





A+  A-

Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Tədbir Ümummilli liderin büstü önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar.

Diasporla İş üzrə Dövlət Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, daha sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli liderin həyat və fəaliyyəti barədə qısa informasiya verilib. Onun Azərbaycan diasporunun formalaşması və inkişafındakı əvəzedilməz rolundan danışılıb.

Anım mərasimində Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş etdirilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycan Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, diaspor fəalı Akif Gülməmmədov, Ukrayna Ali Radasının deputatı Georgi Meperişvili, Yəhudi diasporunun rəhbəri Roksana Qomarnik, Vişneva şəhərinin deputatı Artyom Qlinskiy, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti, Ukrayna Azərbaycan Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və digərləri çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıblar.

Tədbirdə ümummilli liderin Ukrayna-Azərbaycan münasibətlərinin formalaşması və inkişafında rolu, Ukrayna dövlətinə xüsusi əhəmiyyət verməsi, Ukraynada Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində gördüyü işlərdən söhbət açılıb. Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov gələn il Ukraynada ümummilli liderin xatirəsinə kikboks turnirinin keçiriləcəyi barədə iştirakçılara məlumat verib. Anım mərasimi diaspor rəhbərləri və fəallarının dahi Heydər Əliyev haqqında xatirələrinə dair fikir mübadiləsi ilə davam edib.






Xəbər 2917 dəfə oxunub.



01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +