Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


05.03.2024  00:52 

Bakı və Budapeşt arasında məsləhətləşmələr keçirildi





A+  A-

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirlıyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Xəzərnews.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Macarıstan nümayəndə heyətinə isə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Konsulluq və vətəndaşlıq idarəsinin direktoru Balazs Farkas rəhbərlik edib.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, o cümlədən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəsmisi iştirak edib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Macarıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, həmçinin Macarıstan və Azərbaycan arasında təhsil, miqrasiya və digər sahələrdə əlaqələrin gücləndirilməsinin və bu məqsədlə vətəndaşların hüquq və vəzifələrinin qorunması istiqamətində zəruri tədbirlərin həyəta keçirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2025-ci ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.


Xəbər 1325 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +