Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


25.01.2021  20:38 

Partlayışla bağlı açıqlama - Dağıntılar altında qalanlar var





A+  A-

Xəbər verdiyimiz kimi, Xırdalanda 27-ci məhəllədə iki mərtəbəli fərdi yaşayış evində partlayış baş verib.
XəzərNews.az-ın məlumatına görə, FHN mətbuat katibi Gülçin Mehdiyeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, dağıntılar altından iki nəfər, biri qadın, biri uşaq olmaqla çıxarılıb. Hər ikisi salamatdır. Hələlik ölüm faktı qeydə alınmayıb. Dağıntılar altında qalanlar var, onların axtarışları davam etdirilir.

Partlayışın dalğasından ətrafdakı bina və avtomobillərə zərər dəyib.

***

FHN Xırdalandakı partlayışla bağlı daha bir məlumat yayıb.

Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

Xəbər 3758 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +