Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


16.08.2023  18:25 

XİN sözçüsü ATƏT sədrinə cavab verdi





A+  A-

“Laçın sərhəd-keçid məntəqəsindən hər gün hər iki istiqamətdə onlarla erməni əsilli Azərbaycan sakini keçir”.

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” (tviter) sosial şəbəkəsində yazıb.

O, Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin tviter paylaşımına cavab verib.

“Cənab nazir, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid yaxşı tənzimlənir və heç yerdə sərbəst keçid anlayışı yoxdur. Bölgəyə böyük həcmdə yüklərin tədarükünə gəlincə, Azərbaycan bu məqsədlər üçün Ağdam-Xankəndi yolunu ayırıb ki, əgər 10 gün əvvəl ermənilər tərəfindən razılaşmanın şərtləri pozulmasaydı, bundan istifadə edə bilərdilər”, - deyə Hacızadə qeyd edib.

Xatırladaq ki, Buyar Osmani yerlərdəki vəziyyətlə tanış olmaq üçün şəxsi nümayəndəsinə Laçın rayonuna getmək tapşırığı verib.

Xəbər 1215 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +