Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


30.09.2022  16:52 

“Sən Vətənə bənzəyirsən”





A+  A-

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin tərtib edərək hazırladığı yeni bir kitab işıq üzü görüb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “DSD” İB-nin “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində dərc olunub. Kitab “Sən Vətənə bənzəyirsən” adlanır.

Kitabda Azərbaycanın tanınmış qələm adamlarından xalq şairi Sabir Rüstəmxanlının, Mahirə Nağıqızının, Baba Vəziroğlunun, Musa Ələkbərlinin, Xanım İsmayılqızının, Rəşad Məcidin, Vasif Süleymanın, Qəşəm Nəcəfzadənin, Elçin Mirzəbəylinin, Şahin Musaoğlunun, Ramiz Qusarçaylnın, Kamilə Abıyevanın, Əbülfət Mədətoğlunun və digərlərinin vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb.

Kitabda yer alan şeirlərin məzmun və ideyası gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu oynayır.

Xatırladaq ki, “Maarif” nəşriyyatında dərc olunan kitabın tərtibçiləri Faiq Balabəyli, Vasif Süleyman, Kəmalə Səfərli, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.

Qeyd edək , “Sən Vətənə bənzəyirsən” kitabı bu il “DSD” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Onlar qəhrəmandır” kitabından sonra nəşr etdirdiyi ikinci kitabdır.

Xəbər 2443 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +