Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


28.08.2017  14:17 

Saxta formalarla bağlı reyd başladı





A+  A-

Azərbaycanda ticarət mərkəzlərində satılan saxta məktəbli formalarının aşkarlanması üçün bu gündən reydlərə başlanılıb.
XəzərNews.az Trend-ə istinadən bildirir ki, bunu "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

E.Əzimov bildirib ki, ölkəyə Çindən və digər ölkələrdən böyük miqdarda saxta məktəbli formaları gətirilib.

Həmin geyimlərin sertifikatsız, keyfiyyətsiz olduğunu deyən E.Əzimov onların zirzəmi şəraitində istehsal oldunduğunu söyləyib: "Saxta geyimlərin üzərinə "BTE", yəni "Bakı Tikiş Evi" yazılıb, bizim döş nişanlarımız vurulub. Onlar "Bakı Tikiş Evi"nin adından satılır. Həmin geyimlər uşaq orqanizminə fəsadlar verə, onlarda səpki, stress yarada bilər".

E.Əzimov bildirib ki, saxta geyimlərin aşkarlanması üçün bütün müvafiq qurumlara müraciət ediblər. Bu gündən isə aidiyyatı dövlət qurumları Bakı, Sumqayıt, Xırdalan, Göyçay şəhərlərində reydlərə başlayıb. Digər rayon və şəhərlərdən də saxta geyimlərin satışda olması ilə bağlı onlara müraciət daxil olarsa, o zaman həmin yerlərdə də reydlərə başlanıla bilər.

E.Əzimovun sözlərinə görə, "Bakı Tikiş Evi"nin məktəbli geyimlərinin qiymətlərində heç bir dəyişiklik olmayıb. "Bakı Tikiş Evi"nin 1-4-cü siniflər üçün məktəbli kostyumunun qiyməti 40, 5-11-ci siniflər üçün isə 46 manatdır.

Şöbə müdiri əlavə edib ki, "Bakı Tikiş Evi"nin bütün satış mərkəzləri şənbə-bazar günləri də daxil olmaqla, həftənin 7 günü işləyir.

Xəbər 1722 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +