Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


06.11.2023  12:20 

Azərbaycanda qiyməti inhisarçılar qaldırır - Ekspert





A+  A-

"Azərbaycanda hazırda ərzaq məhsullarının qiymətlərinin qalxması qarşıdakı bayramla əlaqəlidir”.

Xəzərnews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri iqtisadçı ekspert Akif Nəsirli deyib.

Ekspert hesab edir ki, Azərbaycanda qiyməti inhisarçılar qaldırır:

"Onlar qiymətləri yalnız pensiyaların qalxması haqqında məlumatlar yayılanda qaldırmırlar. Yəni, bu gün marketlərdə ərzaq qiymətlərin qalxmasının pensiya ilə əlaqəsi yoxdur. Pensiya hələ qalxmayıb, qiymət artımları əvvəldən gedir. Düzdür, pensiyaların qalxması ilə bağlı məlumatlar müəyyən təsirlərə malikdir. Amma konkret demək olmaz ki, qiymətlər pensiya artımına görə qalxır. Pensiya yanvar ayının 1-də artacaq və fevral ayının 5-dən sonra alacaqlar. Hələ o vaxta qədər real olaraq pensiyanın qalxması ilə bağlı qiymətlərin armasını əlaqələndirmək doğru deyil”.

Akif Nəsirli bildirib ki, bayram günlərində ticarət dövriyyəsi artır:

"Bayram günlərində adamlar alış-veriş edir, iaşə obyeklərinə üz tuturlar. Hazırkı bahalaşma da onunla bağlıdır. İnhisarçılar həmişə dövriyyəyə nəzarət edir. Dövriyyə artan kimi qiymətlər bahalaşır”.

Xəbər 1340 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +