Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir
Hindistan diplomatı Pakistan XİN-ə çağırılıb
Hacıqabulda bəzi əraziləri su basıb


19.10.2023  20:23 

“Tolerantlığın Azərbaycan modeli- Azsaylı xalqlar” filmi təqdim olundu - Foto





A+  A-

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkdiyi “Tolerantlığın Azərbaycan modeli- Azsaylı xalqlar” filminin təqdimatı olub. Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilib.

Xəzərnews.az “Multikultural Azərbaycan”a istinadən xəbər verir ki, tədbirdə çıxış edən “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov layihə barədə məlumat verib.

E.Əhmədov bildirib ki, filmdə Azərbaycan ərazisində yaşayan tatların tarixi, mədəniyyəti, dini, adət-ənənələri, məişəti, əhalinin məşğuliyyəti və digər xüsusiyyətlərindən söhbət açılır:

“Filmdə tatların yaşadığı ərazilərin sakinləri, tarixçi alimlərin fikirləri yer alıb, həmçinin tatların Azərbaycan mədəniyyətinə verdiyi töhfədən, tat əsilli mədəniyyət və incəsənət xadimlərindən söhbət açılır. Filimdə tat və Azərbaycan dillərində meyxana nümunələri səslənib, folklor kollektivlərinin çıxışları, müsiqi nömrələri yer alıb”.

E.Əhmədov qeyd edib ki, filmin hazırlanmasında məqsəd Azərbaycanda tolerantlıq mühitinin nə qədər zəruri nemət olduğunu nümayiş etdirmək, bu modeli dünyaya örnək kimi təqdim etməkdir:

“Film əsasən Bakının Balaxanı, Suraxanı, Qala qəsəbələrində, Quba, Şabran rayonlarının tatlar yaşayan kəndlərində və İsmayıllı rayonunun Lahic qəsəbəsində çəkilib”.

Tədbirdə filminin rejissoru Ceyhun Şüküroğlu, “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin üzvləri - Məhəmməd Əliyev, Elçin Mirzəbəyli və başqaları çıxış ediblər.







Xəbər 972 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +