Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir
Hindistan diplomatı Pakistan XİN-ə çağırılıb
Hacıqabulda bəzi əraziləri su basıb


18.10.2023  13:49 

İnfosessiyada iştirak etmək üçün rekord mürciət olub





A+  A-

2024-cü ilin qrant müsabiqələrinin aparılması qaydaları ilə bağlı infosessiyada iştirak etmək üçün 181 QHT-dən müraciət daxil olub.

Xəzərnews.az Agentliyə istinadən xəbər verir ki, müraciətlərin çoxluğunu nəzərə alaraq, QHT təmsilçilərinin suallarının cavablandırılmasına əlverişli şəraitin yaradılması üçün II infosessiya da təşkil edilir.

Daxil olan müraciətlərin ardıcıllığı meyarı əsasında ümumi say 2 yerə bölünüb.

İlk 90 QHT ilə I İnfosessiyada - 19 oktyabr saat 15:00-da Bakı Biznes Mərkəzində görüş keçiləcək. Görüşün saat 17:00-dək davam etməsi planlaşdırılır.

Digər 91 QHT ilə II İnfosessiya 23 oktyabr saat 15:00-da Bakı Biznes Mərkəzində olacaq. Görüşün saat 17:00-dək davam etməsi planlaşdırılır.

Hər iki görüşdə PA-nın QHT-lərlə iş üzrə məsul nümayəndəsi, Agentlik rəhbərliyi iştirak edəcək.

Bu gün saat 15:00-dək müraciət edən bütün QHT-lərin e-mail ünvanlarına I, yoxsa II infosessiyada olduqları barədə məlumat göndəriləcək, bundan başqa, Agentlik nümayəndələri telefonla əlaqə saxlayacaq, hər bir müraciət edən şəxsdən iştirakı təsdiq etmək xahiş olunacaq.


Xəbər 1261 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +