Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir
Hindistan diplomatı Pakistan XİN-ə çağırılıb
Hacıqabulda bəzi əraziləri su basıb
Sabiq deputat YAP-çı oldu


24.06.2023  12:05 

Elçibəyin 85 illik yubuleyi qeyd olundu - Fotolar





A+  A-

Azərbaycan Bütövlük Platforması Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 85 illik yubuleyinə həsr olunmuş tədbir keçirib.

XəzərNews.az xəbər verir ki, tədbirdə ABP sədri Bəhram İsmayıl Əbülfəz Elçibəy haqqında qısa giriş nitqi edib.

Tədbirin məruzəçisi Mərmərə Universitetinin müəllimi, MHB başqanı Arif Acaloğlu Ə. Elçibəyin həyat və fəaliyyəti haqda geniş məruzə ilə çıxış edib: "Elçibəy ölmüş fikirləri, düşüncələri bərpa edən, reabilitasiyasını həyata keçirən və onlara həyat verən nəhəng tarixi şəxsiyyət, ideoloq, siyasi liderdir".

A.Acaloğlu Azərbaycanın müstəqilliyi ilə nəticələnmiş Milli Azadlıq Hərəkatının rüşeymlərinin ötən əsrin 70-ci illərində Elçibəy tərəfindən qoyulduğunu konkret faktlarla açıqlayıb.

Fəlsəfə elmlər doktoru Nazir Əhmədli Ə.Elçibəyin 260 illik şəcərəsi haqda maraqlı məlumatlar verib.

Digər çıxışçılar, görkəmli tədqiqatçı - alim Əli Şamil, Azadlıq hərəkatının öncüllərindən Səyavuş Mustafa, AXP sədri Pənah Hüseyn, iqtisadçı alım Qənimət Səfərov, ADRH sədr müavini Rüfət Muradlı, DDR sədri Əli Mustafa və başqaları Ə.Elçibəyin həyat və fəalliyyəti hada öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Məkətəbli Məhluqə Mustafaqızının çıxışı zalda xüsusi rəğbətlə qarşılanıb.














Xəbər 1823 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +