Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


21.01.2022  13:37 

Qoyun oğruları saxlanıldı





A+  A-

Abşeron, Salyan və Kürdəmir rayonlarında 50-dən artıq xırdabuynuzlu heyvan oğurlayan 3 nəfər saxlanılıb.

XəzərNews.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron rayonu Qobustan kənd sakininin evinin həyətindəki tövlədən ötən ilin dekabrın 30-da 23 baş xırdabuynuzlu heyvan oğurlanıb.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Babək Bəyalıyev, Şamaxı rayon sakinləri Vüsal Şıxalıyev və Ramin Ağamalıyev saxlanılıblar. Onlar ifadələrində oğurladıqları xırdabuynuzlu heyvanları Ramin Ağamalıyevə məxsus yük avtomobili ilə Bərdə rayonuna apardıqlarını və orada satdıqlarını bildiriblər.

Bu şəxslərin ətrafında əlavə araşdırma aparılan zaman onların bir müddət əvvəl Kürdəmir və Salyan rayonlarında ümumilikdə 30-dan artıq xırdabuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxslərdən ikisi - Vüsal Şıxalıyev və Babək Bəyalıyev əvvəllər də xırda və iribuynuzlu heyvan oğurluğu ilə məşğul olduqları üçün məhkum ediliblər.

Aşkar edilən faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 1632 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +