Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


24.08.2020  22:10 

Türkiyə XİN-dən Yunanıstana SƏRT CAVAB





A+  A-

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan Xarici İşlər Nazirliyinin Kariye məscidinin ibadətə açılması ilə bağlı açıqlamasına cavab verib.
XəzərNews.az-ın məlumatına görə, Hami Aksoy Kariye məscidinin də Ayasofya məscidi və Türkiyə torpaqlarındakı bütün mədəni dəyərlər kimi ölkənin mülkiyyəti olduğunu qeyd edib.

“Mədəniyyətimizdən və tariximizdən gələn tolerantlıq ənənəmiz və beynəlxalq konvensiyalardan irəli gələn hüquq və vəzifələrimiz çərçivəsində bütün mədəni sərvətlərimizi çox diqqətli bir şəkildə qoruyuruq.

Dünya irsi sahəsindəki statusun dəyişdirilməsinin YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması” haqqında Konvensiyasını pozmadığını vurğulamaq istəyirik.

Ərazisindəki Osmanlı mirası və digər məscidləri kilsəyə çevirən Yunanıstan digər dinlərə hörmət məsələsində bizə söz söyləyə biləcək sonuncu ölkədir.

Həmçinin ölkəsindəki türk azlığının hüquq və azadlıqlarını beynəlxalq razılaşmalara baxmayaraq, hər cür təzyiqlə məhdudlaşdıran Yunanıstanın bu mövzuda bizə dərs verməyə çalışması isə hədsizlikdir.

Yunanıstanın tarixi kompleksləri ilə bölgədə süni gündəm yaratmaq səyləri uğursuzluğa məhkumdur.

Yunanıstanı bir daha öz tarixi ilə barışmağa və ölkəsində müsəlmanların ibadət etmələri üçün lazımi şəraiti yaratmağa dəvət edirik”, - H.Aksoy deyib.

Xəbər 2025 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +