Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


06.01.2023  14:38 

Elvin İsmayılov və Fərid Cəfərov saxlanıldı





A+  A-

Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atılması ilə bağlı sosial şəbəkədə paylaşılan görüntülər araşdırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı DİN rəsmisi Elşad Hacıyev verib.

Keçirilən tədbirlərlə qeyd olunan əməli törədən 2002-ci təvəllüdlü Elvin İsmayılov və 2006-cı il təvəllüdlü Fərid Cəfərov saxlanılıb.

E.İsmayılov alkoqol sərxoşluğu vəziyyətində Bakı Musiqi Akademiyasının qarşısından keçərkən tanışı F.Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykələ atdığını bildirib.

Faktla bağlı hər iki şəxsin barəsində İXM-in müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, F.Cəfərov cərimə olunub, E.İsmayılov isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbər 1377 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +