Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


30.09.2021  11:00 

Sumqayıtda təzə təmir olunan yol niyə çöküb? - VİDEO





A+  A-

Sumqayıtın mərkəzi küçələrindən birində yeni təmir olunan yol çöküb.

XəzərNews Baku TV-yə istinadən xəbər verir ki, şəhərin Ağa Quliyev küçəsində yaranan vəziyyət avtomobillərin hərəkətini də çətinləşdirib. Avtomobillər hətta piyada səkilərindən keçməyə məcbur qalıblar.

“Azərsu” ASC-nin Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, Ağa Quliyev küçəsində yol ötən gün gecə saatlarında çöküb. Təqribən 9 aydır həmin yol təmirə bağlanmışdı. Çökməyə görə məsuliyyəti isə ərazidə tikinti işlərini həyata keçirən şirkət daşıyır.

Tikinti şirkətindən isə bildirilib ki, həmin yolda onlar yalnız kanalizasiya xətlərini çəkiblər. Yolun təmir işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirib.

Agentlikdən isə bildirilib ki, yol Sumqayıt İcra Hakimiyyətinin balansındadır. İcra Hakimiyyətinə ünvanlanan suallar isə cavabsız qalıb.

Qeyd edək ki, güclü yağışlardan sonra Sumqayıtın digər küçələrində də çökmələr olub.

Süjeti təqdim edirik:



Xəbər 1933 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +