Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


17.04.2020  12:05 

Uhanda koronavirusdan ölü sayı 1290 nəfər artırıldı





A+  A-

Yeni tip koronavirus (COVİD-19) epidemiyasının ortaya çıxdığı Çinin Hubey əyalətindəki Uhan şəhərində ölənlərin sayı 1290 nəfər artırılaraq 3,869-a çatıb.
XəzərNews.az Çinin “Xinhua” informasiya agentliyinə istinadən xəbər verir ki, Çində koronavirusdan ölənlərin qeydə alınmasında müəyyən axsaqlıqlar baş verdiyi üçün rəqəmlər yenidən hesablanaraq ölü sayına 1290 nəfər əlavə edilib.

Uhanın səhiyyə orqanlarının verdiyi açıqlamaya görə, evində ölən xəstələrin qeydiyyata alınmaması, tibb işçilərinin çatışmazlığı səbəbiylə natamam və ya səhv məlumatların ötürülməsi və həmçinin qurumlararası koordinasiyanın olmaması səbəbindən qeydə alınan ölü və yoluxma faktlarında təhriflərə yol verilib.

Rəqəmlərin düzəldilməsi ilə Çində koronavirusdan ölənlərin ümumi sayı 4,632-yə çatıb. Yoluxanların sayı isə 351 nəfər artırılaraq 82,692 olaraq düzəldilib.



Xəbər 3247 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +