Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.01.2020  22:37 

Putinin Baş Nazir postuna namizədi açıqlandı





A+  A-

Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş Naziri postuna Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Putin Mişustinlə işgüzar görüş keçirib və ona hökumət rəhbəri vəzifəsini tutmağı təklif edib.

“Mişustinin razılığı alındıqdan sonra Vladimir Putin onun Baş Nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.

Dövlət Duması Mişustinin namizədliyi məsələsinə yanvarın 16-da baxacaq.

Qeyd edək ki, bu gün Rusiya hökuməti Baş Nazir Dmitri Medvedevin rəhbərliyi ilə istefaya gedib.

Xəbər 3246 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +