Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


21.08.2025  10:34 

Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib





A+  A-

Avqustun 21-nə keçən gecə Rusiya hərbçiləri raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukraynaya kütləvi aviazərbələr endirib.

XəzərNews.az UNİAN-a istinadən xəbər verir ki, hücum zamanı Lvov şəhəri vurulub.

Şəhər meri Andriy Sadovyi bildirib ki, bir nəfər ölüb, üç nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır və orta ağırdır. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti zərbələr nəticəsində fərdi evlərə, qeyri-yaşayış binalarına və nəqliyyat vasitələrinə ziyan dəydiyini bəyan edib. Yanğınlar baş verib və təcili yardım xidmətləri tərəfindən söndürülüb.

Ötən gecə Lvovdan başqa, Ukraynanın Zakarpatya vilayətinin Mukaçevo şəhəri də vurulub. Regional hərbi administrasiyanın rəhbəri Myroslav Biletski zərbələr nəticəsində 12 nəfərin yaralandığını bildirib. Mukaçevo şəhər şurasının məlumatına görə, Rusiyanın zərbələrinin hədəfi mülki müəssisə olub. BBC Ukrayna Xidmətinin məlumatına görə, bu, Amerika elektronika şirkətinin zavodudur.

Rusiya hərbçiləri Zaporojyeyə də iki dəfə zərbə endirib, sənaye infrastrukturu obyektlərinə və yaşayış binalarına ziyan vurub. Regional hərbi idarənin rəisi İvan Fedorov bildirib ki, itki yoxdur.

Xəbər 1237 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +