Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


16.05.2025  17:54 

Öldürülən TikTok fenomeni ilə bağlı dəhşətli iddia





A+  A-

Meksikalı TikTok fenomeni Valeria Marquez canlı yayım zamanı silahlı hücuma məruz qalaraq həyatını itirib.

XəzərNews.az xəbər verir ki, Meksika mediası, Marquez-in ölümündə əsas şübhəli kimi "Doble R" ləqəbli, qorxulan bir kartel tetikçisini göstərir.

"El Heraldo" qəzetinin məlumatına görə, Marquez bir müddət əvvəl bu şəxs ilə romantik münasibətdə olub və hücumun qısqanclıq səbəbindən baş verməsi ehtimal olunur.

İddiaya görə, fenomenin izləyicilərindən gələn lüks hədiyyələr kartel rəhbərinin narazılığına səbəb olub.

Qeyd edək ki, "Doble R"in adı 2012-ci ildə kanalizasiya sistemində tapılan venesuelalı model Daisy Ferrer Arenas-ın qətlində də keçib.

Hadisə ilə bağlı istintaq davam edir.

Aylin
XəzərNews.az




Xəbər 3688 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +