Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


01.05.2025  14:43 

Odessanı 21 pilotsuz uçan aparatla vurublar





A+  A-

Mayın 1-nə keçən gecə Rusiya işğalçıları ABŞ-ın atəşkəslə bağlı təkliflərinə məhəl qoymayaraq Odessanı 21 pilotsuz uçan aparatla vurublar.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram-da məlumat verib.

"Hazırda Odessada Rusiya pilotsuz təyyarəsinin vurduğu evin dağıntıları hələ də təmizlənir. Gecələr şəhərdə çoxlu yanğınlar olub. Ümumilikdə, Odessaya 21 pilotsuz təyyarə hücum edib. Təəssüf ki, ölənlər var. Həmçinin gecə saatlarında Odessa vilayəti, Kiyev, Sumı, Kropivnısk və Çeçenisk vilayətləri də hücuma məruz qalıb . Xilasedicilər hələ də Xarkov vilayətində yanğınla mübarizə aparırlar”, - deyə o yazıb.

"50 gündən artıqdır ki, Rusiya Amerikanın tam və qeyd-şərtsiz atəşkəs təklifinə məhəl qoymur. Bizim təkliflərimiz də var idi - ən azı mülki infrastruktura zərbələr endirməkdən imtina, səmada, dənizdə və yerdə uzun müddət sükut olsun. Rusiya bütün bunlara yeni atəşlər, hücumları ilə cavab verir. Bu səbəbdən Rusiyaya qarşı daha da böyük təzyiq lazımdır, bu onu susdurmağa və danışıqlara məcbur edəcək”, - Zelenski hesab edir.

Xəbər 4207 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +